Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyalarıdır'

Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyalarıdır'

Texnologiya
14.04.2021 PAYLAŞIM

    Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiymətlərinin yüksəlməsinə gətirib çıxardır. Analitiklərin sözlərinə əsasən bunun əsas səbəbi dünyada yaşanan koronavirus pandemiyasıdır. Lakin Huawei şirkəti bu məsələdə fərqli fikirə sahibdir. Bu barədə Nikkei Asia saytı xəbər verib. Huawei şirkətinin idarə heyətinin sədri olan Eric Xu-nun sözlərinə əsasən bütün dünyada prosessor çatışmazlığı probleminin yaranmasına ABŞ sanksiyaları səbəb olublar.

    Qeyd etmək lazımdır ki, ABŞ hökuməti milli təhlükəsizlik səbəbilə Huawei və bir sıra digər Çin şirkətini qara siyahıya salıb. Nəticədə həmin şirkətlər ABŞ texnologiyalarından istifadə edə bilmirlər. Huawei təmsilçisinin sözlərinə əsasən ABŞ sanksiyaları səbəbilə şirkətlər prosessor istehsalçılarından külli miqdarda prosessor alıblar. Bu isə öz növbəsində bütün dünyada prosessor çatışmazlığına gətirib çıxardıb. Hal hazırda həmin şirkətlər növbəti 3-6 ay üçün öz ehtiyatlarını təmin edirlər. Əvvəllər isə belə bir hal demək olar olmayıb.


    “Tamamilə aydındır ki, ABŞ-ın Huawei və digər şirkətlərə qarşı əsaslanmamış sanksiyaları bütün sənayedə təchizat problemini yaradıblar. Bu hətta yeni iqtisadi böhrana da gətirib çıxarda bilər” - deyə Huawei təmsilçisi bildirib. Bununla yanaşı o qeyd edib ki, artıq bir çox şirkət fərdi prosessor istehsalına keçid edir ki, heç kimdən asılı vəziyyətdə qalmasın. Bu isə öz növbəsində irimiqyaslı investisiyaları tələb edir və nəticədə yekun məhsulların qiymətlərinə təsir göstərə bilər. Huawei şirkətinə gəldikdə isə o, yaranmış problemdən çıxış yolunu axtarır. Onun hələ prosessor ehtiyatı var. Lakin həmin ehtiyatın nə qədər müddətə bəs edəcəyi bilinmir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Yeni Snapdragon 8 Gen 1 flaqman mobil prosessoru təqdim olunub

Baş vermiş çoxlu sayda məlumat sızıntısından sonra Qualcomm şirkəti sonunda özünün yeni flaqman pros..


Çindən olan kriptovalyuta maynerləri Qazaxıstanda elektrik enerjisi kəsintilərin..

2021-ci ilin əvvəlindən başlayaraq Çin hökuməti Çində kriptovalyuta mayninqi ilə mübarizə aparmağa b..


Alimlər öz kopyalarını istehsal edə bilən və PacMan-a bənzəyən bioloji ksenobotl..

Beynəlxalq alimlər komandası mikroskopik ölçüdə olan canlı orqanizmlər yarada biliblər. Yaradılmış o..


Apple bəzi cihazları üçün nəzərdə tutulmuş naqilsiz şarj stansiyasını təqdim edə..

Bloomberg saytının verdiyi məlumata əsasən Apple şirkəti AirPower adlı naqilsiz şarj stansiyasından ..


Apple şirkətinin ilk AR cihazı nə zaman təqdim olunacaq və nə zaman satışa çıxac..

İlk Apple Watch modelinin satışa çıxmasından 6 il sonra Apple şirkəti özü üçün yeni olan bazara daxi..


Cənubi Koreyanın uşaq bağçalarında uşaqların tərbiyələri ilə smart robotlar məşğ..

Cənubi Koreyanın paytaxtı Seulda yerləşən uşaq bağçalarında robotlar təhsil bələdçiləri rolunda da ç..

×