Huawei, dünyanın ilk Wi-Fi 6+ routerini təqdim etdi: HarmonyOS ilə işləyəcək
Elm & Texnologiya
28.02.2020
Nijat Hamid
Huawei yeni 5G cihazlarını təqdim etmək üçün keçirdiyi tədbirdə yeni routerlərini də təqdim etdi. Bunlardan biri də dünyanın ilk Wi-Fi 6+ standartı ilə işləyən routeridir. Əvvəlcə qeyd edək ki, routerlər modemlərdən fərqli olaraq fiber-optik internetlər üçün istifadə edilir. Wi-Fi AX3 adı verilən bu router xüsusi istehsal edilmiş Wi-Fi 6 Gigahome marka çipinə malikdir.
Wi-Fi AX3 routeri dünyanın ilk Wi-Fi 6 routeridir və HarmonyOS sistemi ilə işləyən ilk cihaz olacaq.
Huawei, bu routerində istifadə etdiyi Wi-Fi 6 standartını ona görə Wi-Fi 6+ adlandırır ki, router dinamik dar zolaq texnologiyasından istifadə edərək 160 Mhz-ə qədər yüksək tezliklərə çıxa bilir. Bu da bilinən Wi-Fi 6 standartının daha üst səviyyəsidir. Həmçinin bu texnologiya səbəbilə router olduğu məkanın divarlarına nəzərən daha stabil bir qoşulma yarada bilir.
Ən əsas fərqlərdən biri isə router Huawei-n HarmonyOS əməliyyat sistemi ilə işləyən ilk cihaz olacaq. Gördüyünüz kimi Wi-Fi texnologiyaları çox sürətli şəkildə inkişaf edir. Artıq routerlər daha stabil qoşulmaları təmin edəcək səviyyəyə gəliblər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ