Logo
    main-post-cover

    Huawei fərdi qrafik prosessoru üzərində çalışır

        Baş tutmuş Çin Sahibkarları Forumu 2023 adlı tədbirdə HKUST Xunfei adlı şirkətin təsisçisi Liu Qingfeng bildirib ki, Huawei şirkəti hal hazırda fərdi qrafik prosessorlarının hazırlanması ilə məşğuldur. Onun sözlərinə əsasən şirkətin GPU-ları neyron hesablamalarında istifadə ediləcək və onlar NVIDIA-nın A100 adlı qrafik prosessorlarından heç də geridə qalmayacaqlar. Huawei şirkətinin fərdi qrafik prosessorlarının texniki özəllikləri barəsində məlumat verilməyib. Lakin qeyd edilib ki, onların çox güclü hardware təməlləri olacaq və onlar GPT-3GPT-4 kimi böyük dil modelləri ilə çalışa biləcəklər. Qeyd etmək lazımdır ki, NVIDIA-nın A100 adlı qrafik prosessorunun performansı 19.5 TFLOPS (teraflops) təşkil edir. Məlumata əsasən Huawei şirkətinin qrafik prosessoru NVIDIA-nın bu məhsulu ilə rəqabət apara biləcək.
    Paylaş
    Bənzər xəbərlər