main-post-cover

    Huawei gələn il üçün 50 milyondan çox 5G dəstəkli smartfon istehsalı sifariş edib

    Elm & Texnologiya
    03.12.2019
    Emil Nəcəfov
        Görünür, bu il smartfon istehsalçıları üçün 5G texnologiyasının mənimsənilməsində başlanğıc il idi. Lakin gələn il 5G smartfonların istehsal templərinin sürətlənməsi və həmin smartfonların yüksək sürətlə inkişaf etdirilməsi gözlənilir. Huawei isə bu sahədə geridə qalmağı heç planlaşdırmır. Belə kl, bir sıra mənbələrin verdikləri məlumatlara əsasən şirkət artıq gələn il üçün 5G dəstəkli smartfonların istehsal miqyasını təyin edib və bu işi tamamilə Foxconn şirkətinə həvalə edib.
        Bu barədə Gizmochina saytı xəbər verib. Huawei şirkətinin gələn il üçün 5G dəstəkli smartfonlarının istehsal miqyası diqqəti cəlb edir. Belə ki, məlumatda qeyd edilib ki, şirkət gələn il üçün 50 milyondan çox 5G dəstəkli smartfon istehsalını sifariş edib. Bu isə şirkətin hal hazırki satışlarının 1/5 hissəsini təşkil edir. Buna görə də heç şübhəsiz yaxın zamanda 5G smartfonlar irimiqyaslı xarakter daşıyacaqlar.
        Qeyd etmək lazımdır ki, 5G smartfonların istehsalına həmçinin şirkətin Honor brendi də start verib. Beləliklə şirkət 5G şəbəkəsinə daha çox istifadəçini cəlb etmək istəyir. Buna görə də Honor üçün növbəti addım 280$, 210$ və hətta 140$ dəyərində 5G smartfonların istehsalıdır. İlk belə smartfonlar artıq gələn il satışa çıxmalıdırlar.
    Linki kopyala