main-post-cover

    Huawei gövdə daxilinə yerləşdirilmiş ön kameralı P Smart Z smartfonu üzərində çalışır

    Elm & Texnologiya
    26.04.2019
    Farid Pardashunas
        Almaniyan;n Mobielkopen adlı saytı Huawei şirkətinin P Smart Z adlı yeni smartfon modelinin rəsmi render fotolarını və texniki göstəriciləri barəsində məlumatları təqdim edib. Bu məlumat ortaya çıxandan sonra OnLeaks ləqəbi ilə tanınan məşhur insayder də sözügedən smartfon modelinin render fotosunu paylaşıb. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə Huawei P Smart Z smartfonu 3 rəng variantında satışa çıxacaq: Midnight Black, Sapphire Blue və Emerald Green.

        Smartfon genişformatlı ekran ilə təchiz olunacaq və ekran üzərində heç bir çıxıntı hissə olmayacaq. Ön kamera isə smartfon gövdəsinin yuxarı hissəsinin daxilinə yerləşdiriləcək. Təqdim olunmuş rəsmi render fotolardan da görmək olar ki, P Smart Z modelinin arxa panelində ikili kamera və barmaq izi skanı texnologiyası var.

        Məlumat sızıntısına əsasən P Smart Z modeli 19.5:9 nisbətli və 2340x1080 piksel keyfiyyətli 6.59 düym ekran, orta səviyyəli Kirin 710 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş həcmi, 16 MP (f/1.8 diafraqmalı) + 2 MP (f/2.4 diafraqmalı) ikili arxa kamera və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfon EMUI 9 interfeysli Android Pie əməliyyat sistemi vasitəsilə çalışacaq. Huawei P Smart Z smartfon modeli artıq yaxın zamanda təqdim olunmalıdır. Onun güman olunun qiymət göstəricisi isə 210 avrodur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər