Huawei HarmonyOS ən çox istifadə edilən 5 ƏS-i arasında olacaq

Huawei HarmonyOS ən çox istifadə edilən 5 ƏS-i arasında olacaq

Texnologiya
02.12.2019 PAYLAŞIM

        ABŞ və istehsalçı şirkətlər ilə bağlı ambarqolar səbəbilə Huawei Android əsaslı Harmony əməliyyat sistemini hazırlamışdı. Hər nə qədər mobil cihazlara gətirilməsinin planlamadığını desə də qadağalar davam etdiyi müddət ərzində mobil cihazlar ilə birliktə bu ekosistemə daxil ola bilər. HarmonyOS-da Google servisləri olmayacağı üçün Saf Androiddən daha saf olacağını desək daha doğru çıxar. 

Huawei rəsmisi Joy Tan verdiyi son reportajda dediyinə görə Harmony OS daha az sətir kodlarından ibarət olduğu üçün Android-ə nəzərən daha təhlükəsiz bir əməliyyat sistemidir. 

        Counterpoint Research qurumunun verdiyi hesabatlara görə isə, 2020-ci ildə HarmonyOS ən çox istifadə edilən 5-ci əməliyyat sistemi olacaq və Linux sistemini keçəcək. Joy Tan verdiyi reportajda belə deyir ki:

Harmony OS daha az sətir kodlarına malikdir. Bu səbəbdən daha təhlükəsizdir, daha kompaktdır və güclü funksiyalara malikdir. Huawei-n əməliyyat sisteminin məqsədi iOS və Androiddən çox fərqlidir. Tərtibatçıların etməsi lazım olan tək şey tətbiqləri təkmilləşdirməkdir. Bu tətbiqlər sonralar çoxlu terminallara göndəriləcək.

        Həmçinin Huawei rəsmisi Counterpoint Research qurumunun verdiyi hesabatlar haqqında da bir-iki şey dedi və beləliklə qurumun dediklərini təsdiqləmiş oldu. Counterpoint Research iddialarına görə HarmonyOS 2020-ci ildə əməliyyat sistem bazarında 2%-lik ekosistem payına malik olacaq. Hal-hazırda əməliyyat sistemlərinin ekosistemində istifadə payları aşağıdakı kimidir:

  • Android - %39
  • Windows - %35
  • iOS - %13,87
  • macOS - %5,92
  • Digər sistemlər - %0,77

        HarmonyOS-un Android-dən əsas fərqi Mikrokernel adlanan daha kompakt bir kernel ilə idarə edilməsidir. Android sistemlərdə hər şey tək bir kernel üzərindən idarə edildiyi üçün təhlükəsizliyi təmin etmək daha çətindir. Androiddəki kernel tipini isə Makrokernel adlandırmaq daha doğru olar. 



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Facebook-un Libra adlı kriptovalyutasının Avropa Birliyində istifadəsinə qadağa ..

Avropa Birliyinə daxil olan ölkələrin maliyyə nazirləri Facebook kriptovalyutasının Avropa Birliyind..


Apple şirkəti iPhone 11 Pro-ların öz istifadəçilərini izləmələri iddiasını təkzi..

Kompüter təhlükəsizliyi sahəsində fəaliyyət göstərən mütəxəssis Brian Krebs dünən bildirmişdi ki, iP..


Əsl film ssenarisi: Kreativ hacker çox maraqlı üsul ilə 1 milyon dollar oğurladı..

Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Check Point şirkəti çox kreativ bir hackeri aşkar ed..


Wi-Fi 6 testləri tamamlandı: Saniyədə 10Gb fayl yükləmək mümkün olacaq

Wi-Fi 6 texnologiyası ilə birliktə artıq internet sürəti daha stabil və optimal olaraq işləyə biləcə..


Məşhur analitik 2021-ci il iPhone-lar barədə məlumatlar verdi

Məşhur çinli analitik Ming-Chi Kuo gələcək nəsil iPhone modelləri barəsində məlumatlar verməyə davam..


Snapdragon 865 prosessorlu ilk smartfon test edildi (VİDEO)

Yeni flaqman prosessor modeli olan Snapdragon 865 ilə birlikdə Qualcomm şirkəti bu prosessor vasitəs..