
Huawei Honor 6X rəsmi olaraq təqdim olundu
Elm & Texnologiya
07.05.2017
Farid
"Huawei” şirkəti CES 2017 tədbiri çərçivəsində Honor 6X modelini təqdim etdi.
Yeni model, əyilmiş arxa panel hissəsinə, bir kristallı Kirin
655 prosessoruna və ikili arxa kameraya sahibdir. Smartfon, 5.5 inç FULL HD
ekran (2.5D qoruyucu şüşəli), 3/4 GB RAM və 3340 mAh enerji tutumlu batareya (1.5
sutka şarjsız iş prosesi) ilə təchiz olunub. Honor 6X-in əsas özəlliyi ikili
arxa kamerasıdır. Belə ki, 12 MP-lik kamera foto tərtibatına cavabdehdirsə, 2
MP-lik əlavə kamera, fotonun kəskinliyini tənzimləyir. Smartfonun əsas kamerası,
obyektin üzərini 0.3 saniyəyə fokuslamağa imkan verən avtofokus özəlliyinə
sahibdir. Cihaz 250$ civarında
qiymətləndirilir və bugündən satışa çıxır.
Paylaş
Bənzər xəbərlər