
Huawei Honor 8 Lite-ın ilk render fotoları sızdırıldı
Elm & Texnologiya
07.05.2017
Farid
WinFuture mənbəsinin baş redaktoru Roland Quandt, Huawei Honor 8 Lite smartfonunun məlumatlarını təqdim edib.
Mobil telefonlar barəsində məlumatların sızdırılması ilə
tanınan sözügedən mənbə həmçinin smartfonun render fotolarını da təqdim edib.
Maraqlısı odur ki, paylaşılmış render
fotolardakı model, bir neçə müddət bundan öncə təqdim olunmuş Huawi P8 Lite 2017 smartfonuna bənzəyir. Roland-ın sözlərinə əsasən yeni smartfonun satışları bu
ilin Mart ayında başlayacaq. Onun təqdimatının isə MWC 2017 sərgisində baş
tutacağı gözlənilir. Smartfonun güman olunan qiyməti 280 avro-dur. O, 4 rəngdə
(göy, qara, qızılı və ağ) təqdim olunacaq. Məlumata əsasən yeni model sadəcə
olaraq Huawei P8 Lite 2017-nin təkmilləşdirilmiş variantıdır. Belə ki, Huawei P8 Lite 2017, 239 avro qiymətində
satılır.
Paylaş
Bənzər xəbərlər