
Huawei Honor Note 9 modelinin ilk fotosu sızdırıldı
Elm & Texnologiya
07.05.2017
Farid
"Huawei” şirkətinin hələki anonsu olunmamış Honor Note 9 telefonunun ilk fotosu sızdırılıb.
Fotoya baxanda görmək olar ki, yeni cihaz, Honor Note 8 kimi
fablet olacaq və 6 inç ölçüdən kiçik olmayan ekrana sahib olacaq. Fotoda görmək
olar ki, fabletin arxa panelində ikili kamera və barmaq izi skanı yerləşir.
Buna görə də güman etmək olar ki, fablet, fiziki "Home” düymədən məhrum olacaq
və çərçivəsiz ekran ilə təchiz olunacaq. Belə olacağı halda isə ekranın bütün
ön paneli əhatə edəcəyi gözlənilir. Yeni model fabletin bu ilin yay fəslində təqdim
olunacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər