
Huawei ilə əməkdaşlıq üçün ABŞ şirkətlərinə lisenziyaların verilməsinə başlanılıb
Elm & Texnologiya
21.11.2019
Emil
ABŞ hökuməti bildirib ki, o, yerli şirkətlərə Huawei ilə əməkdaşlığın davam etdirilməsi üçün xüsusi lisenziyaları verməyə başlayıb. Bu barədə Reuters saytı xəbər verib. Huawei şirkəti hələ də ABŞ hökumətinin qara siyahısında olsa da onunla əməkdaşlığın davam etdirilməsi üçün sorğu göndərmiş yerli şirkətlər artıq lisenziyaları əldə etməyə başlayıblar.
ABŞ hökumətinin öz növbəsində Huawei şirkətinə hansı məhsulların satılmasına və hansı şirkətlərin lisenziya əldə edib-etməməsinə dair bir məlumat yoxdur. Hələ bir neçə müddət bundan öncə ticarət naziri Wilbur Ross bildirmişdi ki, onlar Huawei ilə əməkdaşlıq üzrə müxtəlif şirkətlərdən 209-dan çox sorğu əldə ediblər. Təbii ki, onların arasında Google şirkəti də var. Həmin lisenziya olmadan şirkət yeni Huawei smartfonlar üçün Android əməliyyat sistemini lisenziyalaşdıra və həmin smartfonlara Google servislərini quraşdıra bilməz.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
