Logo
    main-post-cover

    Huawei kameralara sahib olacaq yeni naqilsiz qulaqlıq üzərində çalışır

        ABŞ-ın patentlər üzrə agentliyində Huawei şirkətinin yeni məhsul sorğusu aşkar edilib. Patent sənədi kameralara sahib naqilsiz qulaqlığın konstruksiyasına həsr edilib. Şirkətin ideyasına əsasən naqilsiz qulaqlıqlara inteqrasiya ediləcək kameralar bir sıra faydalı əməliyyatı yerinə yetirə biləcəklər. Patent sənədində qeyd edilib ki, naqilsiz qulaqlıq ətraf mühiti kameralar vasitəsilə izləyə biləcək. Güman olunur ki, qulaqlıqlar kameralar vasitəsilə video çəkə və səsi yaza biləcəklər. Daha sonra isə bu cür materialları smartfona göndərmək mümkün olacaq.
        Bununla yanaşı qulaqlıqlar kameralar vasitəsilə ətraf mühiti analiz edərək istifadəçiyə naviqasiya məlumatlarını təqdim edə bilər. Bu öz növbəsində görmə qabiliyyətində problemlər yaşayan istifadəçilər üçün faydalı ola bilər. Məlumatda qeyd edilib ki, qulaqlığın kameraları üstəlik jestləri, məhsulları və digər obyektləri təyin edə biləcəklər. Kameraların düzgün şəkildə çalışmaları üçün hər bir qulaqlığın prosessor və xüsusi sensor ilə təchiz olunması nəzərdə tutulub. Huawei şirkətinin nəticə etibarilə kameralara sahib qulaqlığı istehsal edib-etməyəcəyi bilinmir.
    Paylaş
    Bənzər xəbərlər