main-post-cover

    Huawei: 'Kirin 980 Apple A12 Bionic prosessorundan daha üstündür'

    Elm & Texnologiya
    24.09.2018
    Farid Pardashunas
        12 Oktyabr tarixində Huawei şirkəti Londonda özünün yeni flaqman modeli olan Mate 20 Pro-nu təqdim edəcək. Qeyd etmək lazımdır ki, bu smartfon şirkətin yeni 8 nüvəli Kirin 980 prosessoru ilə təchiz olunacaq. Kirin 980 və A12 Bionic prosessorları hal hazırda mobil cihazlar bazarında yeganə prosessorlardır ki, 7 nanometrlik texnoloji proses əsasında hazırlanıb. Qualcomm şirkəti isə bu texnologiya əsasında hazırlanan Snapdragon 855 prosessorunu bu ilin sonunda təqdim edəcək.
        Kirin 980 prosessoru 6.9 milyard tranzistordan ibarətdir. Bu göstərici isə Kirin 970 prosessorunun göstəricisindən 75% çoxdur. Yeni prosessorun qrafik nüvəsi 57% daha güclü, 75% daha sürətli və 178% daha performanslıdır. Baxmayaraq Apple şirkətinin A12 Bionic prosessoru da həmin sayda tranzistorlardan ibarətdir, Huawei şirkəti öz məhsulunu ondan daha üstün hesab edir. Buna baxmayaraq Apple şirkətinin yeni smartfonları artıq satışdadır.
        Huawei həmçinin Kirin 980-də süni zəka əməliyyatlarının yerinə yetirilməsi üçün 2 neyron şəbəkəsi emalı blokunu və foto ilə videoların keyfiyyətlərini yüksəltmək üçün ikiqat ISP (təsvirlərin emalı üçün prosessor) texnologiyasını (6 saniyə ərzində 500 səhnənin təyin olunması) qeyd edir. Kirin 980 həmçinin 21 kateqoriyalı LTE şəbəkəsini və saniyədə 1.4 Gbit yükləmə sürətini dəstəkləyir. Bundan əlavə olaraq prosessor Wi-Fi Hi1103 texnologiyası ilə də təchiz olunub. Bu isə bütün dünyada yükləmə sürətinə görə ən sürətli texnologiyadır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər