Logo
    main-post-cover

    Huawei Kirin prosessorlu yeni planşetini hazırlayır

    Elm & Texnologiya
    01.09.2023
    Emil
        Huawei şirkətinin yenicə təqdim etmiş olduğu Mate 60 Mate 60 Pro smartfonları Kirin prosessoru vasitəsilə çalışırlar. Lakin görünür, bu smartfonlar şirkətin Kirin prosessoru vasitəsilə çalışacaq yeganə yeni məhsulları olmayacaqlar. Belə ki, Digital Chat Station ləqəbli məşhur insayderin verdiyi məlumata əsasən Huawei Kirin 9 seriyasına daxil olan prosessorlardan birinə sahib yeni planşeti test etməyə başlayıb.
        İnsayder həmçinin əlavə edib, şirkət yaxın gələcəkdə həmin prosessor vasitəsilə çalışacaq daha bir neçə məhsulunu təqdim edəcək. Şirkətin hansı Kirin prosessorlarını geri qaytarmaq istəməsi barəsində bir məlumat yoxdur. Məsələn yenicə təqdim edilmiş Mate 60 smartfonlarında istifadə edilən prosessor Kirin 9000-ə bənzəyir və performans baxımından o, Snapdragon 888 səviyyəsindədir. Huawei şirkətinin Kirin prosessorlu yeni planşetinin nə zaman təqdim olunacağı bilinmir.
    Paylaş
    Bənzər xəbərlər