main-post-cover

    Huawei Mate 10-dan yeni detallar (VİDEO)

    Elm & Texnologiya
    07.09.2017
    Orxan Jafarli
    Yaxında təqdim olunması gözlənilən Huawei Mate 10-un yeni görüntüləri də ortaya çıxdı. Buyurun qarşınızda maraqla gözlənilən Huawei Mate 10-un videosu!
    Phablet anlayışının Samsung Galaxy Note modelləriylə həyatımıza girişindən sonra bu sahədəki işləri davam etdirən bir digər firma da Huawei-dir.  16 oktyabr tarixində təşkil oluncaq fəaliyyətlə Huawei Mate 10 modelini təqdim edəcək.
    Fəaliyyət tarixi bütün sürətiylə yaxınlaşarkən, Huawei Mate 10 haqqında yaşanan sızıntılar da davam edir. Bu gün ortaya cihazın vizualları və videosu çıxdı.
    Yayımlanan videoda cihazın hazırlanmış 360 dərəcəlik görünüşləri iştirak edir. Bu görünüşlərin də bu günə qədər sızdırılan sxematiklər və daha əvvəlki modellər ilə təxmini dizaynların birləşməsindən yola çıxaraq hazırlandığını ifadə edək.
    Sözü daha çox uzatmadan sizləri Mate 10 və Mate 10 Pro olaraq iki fərqli modellə satışa təqdim ediləcək olan bu cihazın videosuna aşağıdan baxa bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər