main-post-cover

    Huawei Mate 10 Pro-nun daha sadə versiyası olan Honor V10 təqdim olundu

    Elm & Texnologiya
    28.11.2017
    Farid Pardashunas
    Çində keçirilmiş xüsusi tədbir çərçivəsində Honor brendi yeni flaqman modeli V10-u təqdim etdi.
    Yeni təqdim olunmuş Honor V10 müasir smartfon trendlərinə cavab verir. Belə ki, o, 18:9 nisbətində olan ekrana, nazik çərçivələrə, ikili kameraya və istifadəçi təcrübəsini təkmilləşdirmək üçün süni zəka texnologiyasına sahibdir. Bundan əlavə olaraq smartfon Emotion UI 8.0 ara üzlü Android 8.0 Oreo əməliyyat sistemi vasitəsilə çalışır. Honor V10-un ön hissəsini bütünlüklə 2160x1080 piksel keyfiyyətli 5.99 inç-lik ekran tutur. Bütün tərəflərdən olan çərçivələr maksimal dərəcədə nazikdirlər. Lakin buna baxmayaraq smartfonun aşağı hissəsində barmaq izi skanına sahib Home düyməsi yerləşdirilib.

    Smartfon 8 nüvəli Kirin 970 prosessoru, Mali-G72 MP12 qrafik sürətləndiricisi ilə təchiz olunub. Bundan əlavə olaraq o, süni zəka ilə əlaqəli əməliyyatların yerinə yetirilməsi üçün i7 adlı əlavə prosessora sahibdir. Bu cür çiplər həmçinin Huawei Mate 10 Pro modelində də var. Hər iki modeldə də süni zəka smartfonun performansını artırmaq, enerji sərfiyyatını optimallaşdırmaq, kamera vasitəsilə çəkiliş keyfiyyətini yaxşılaşdırmaq və s. işləri yetirmək üçün istifadə olunur. Honor V10 ikili arxa kameraya sahibdir. Onlardan biri 16 MP, digəri isə 20 MP-lik monoxrom kameradır. f/1.8 diafraqma sayəsində isə smartfon yaxşı işıqlandırılmamış mühitdə keyfiyyətli fotolar çəkə bilir. Huawei Mate 10 Pro modelində də olduğu kimi xüsusi alqoritmlər kadrdakı təsviri analiz edərək hər bir vəziyyət üçün uyğun ayarları istifadəçiyə təqim edir. 13 MP-lik ön kamera da süni zəka texnologiyasından istifadə edir.

    Belə ki, süni zəka texnologiyasından istifadə edərək ön kamera vasitəsilə çəkilmiş selfie fotoların keyfiyyətini yaxşılaşdırmaq və onun vasitəsilə smartfonu üz skanı köməyilə blockdan çıxarmaq olar. Digər texniki göstəricilərə gəldikdə isə Honor V10 4/6 GB RAM, 64/128 GB daxili yaddaş (256 GB-a kimi microSD dəstəkli), sürətli enerji yığma özəlliyinə sahib 3750 mAh enerji tutumlu batareya (30 dəqiqə ərzində smartfon 0-dan 50%-ə qədər enerji yığır) və USB Type-C girişi ilə təchiz olunub. 4 GB RAM və 64 GB daxili yaddaşa sahib versiya 409$-a, 64 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya 455$-a, 6 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya isə 530$-a satılacaq. Smartfon 5 Dekabr tarixində satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər