
Huawei Mate 10-un təqdimat tarixi bəlli oldu
Elm & Texnologiya
03.08.2017
Orxan
Huawei-nin iPhone 8-ə
meydan oxuyan modeli Mate 10 haqqında yeni məlumatlar gəlməyə davam edir.
Ötən il bazara təqdim etdiyi Mate 9 modeliylə böyük səs gətirən Huawei, Mate 10 ilə yenə olduqca iddialı gəlir. Çərçivəsiz bir ekran
ilə gələcəyi iddia edilən modelin təqdimat tarixi ortaya çıxdı.

Huawei Mate 10, 16
oktyabrda təqdim ediləcək
Xiaomi Mi Mix
modeliylə başlayan çərçivəsiz smartfon yarışı Samsung və LG ilə
yaxşıca sürətləndi. Apple-ın iPhone 8 modelində olduqca az çərçivə
istifadə eddiləcəyi gələn sızıntılara
mövzu olarkən Huawei Mate 10-da bu
mövzuda olduqca iddialıdır.
Ön tərəfinin tamamilə ekran olacağı ifadə edilən Huawei Mate 10, JDI tərəfindən istehsal edilən Full
Active ekrandan istifadə edəcək. 2160x1080 piksel keyfiyyətində 6 inç böyüklüyündə olacaq olan bu ekran
18: 9 nisbətində olacaq.
10 Nm-lik Kirin 970 prosessorunu istifadə edəcək olan
Mate 10, 8 GB RAM və yenə Leica imzalı 16 və 23 megapiksellik iki
kamera istifadə edəcək.
16 oktyabr tarixində Münihdə keçiriləcək bir fəaliyyətdə təqdim
olunacaq olan Huawei Mate 10 haqqında
yeni detallar gəldikcə sizlərə bildirməyə davam edəcəyik.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
