
Huawei Mate 20 Lite smartfonu Geekbenh testindən keçdi
Elm & Texnologiya
11.08.2018
Emil
Huawei Mate
20 Lite smartfon modeli Geekbench testindən keçib. Sözügedən smartfon
Mate 20 və Mate 20 Pro modelləri ilə birlikdə yeni Mate seriyasına daxil
olacaq. Lakin sadalanmış iki modeldən fərqli olaraq Mate 20 Lite adından da bəlli
olduğu kimi daha kiçik ekran, bir qədər fərqli kamera və orta texniki göstəricilər
ilə təchiz olunacaq. Əvvəlki məlumat sızıntılarından artıq məlumdur ki, Mate 20
Lite metaldan hazırlanmış korpusa, ikili arxa kameraya və arxa paneldən barmaq
izi skanı texnologiyasına sahib olacaq.
Geekbench testi çərçivəsində smartfonun
yayılmış fotosundan isə digər məlumatlar əldə olunub. Beləliklə Mate 20 Lite 8
nüvəli Kirin 710 prosessoru əsasında çalışacaq. Bununla yanaşı smartfon
Mali-G51 MP4 qrafik sürətləndiriciyə də sahibdir. Həmçinin Kirin 710 prosessoru
süni zəka özəlliklərini də özündə birləşdirir. Geekbench testindən keçmiş Mate
20 Lite versiyası 4 GB RAM-a sahibdir. Lakin bazara həmdə 6 GB RAM-lıq versiya
da satışa çıxa bilər. Beləliklə birnüvəli testdə smartfon 1598 xal, çoxnüvəli
testdə isə 4622 xal toplayıb. Smartfon Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə
çalışır. Smartfon 31 Avqust tarixində təqdim oluna bilər.
Paylaş
Bənzər xəbərlər