Huawei Mate 20 və Mate 20 Pro haqqında məlumatlar sızdırılıb
Elm & Texnologiya
01.08.2018
Farid Pardashunas
Yeni sızdırılmış məlumatlara əsasən təqdim olunması gözlənilən
yeni Huawei Mate seriyası 3 smartfon modelindən ibarət olacaq. Yeni smartfonlar
barəsində məlumatlar əməliyyat sisteminin yenilənmiş versiyasında aşkar edilib.
Belə ki, XDA-developers mənbəsinin istifadəçilərindən biri əməliyyat sistemi
yenilənməsinin test versiyasını əldə edib. Onun daxilində isə yeni Mate
seriyası barəsində məlumatlar aşkar edilib. Beləliklə əldə olunmuş məlumatlara əsasən
yeni Mate seriyası Mate 20, Mate 20 Pro və Mate 20 Lite adlı smartfonlardan
ibarət olacaq.
@FunkyHuawei adlı mənbənin verdiyi məlumata əsasən Mate 20
smartfonu yeni Kirin 980 flaqman prosessoru əsasında çalışacaq ilk smartfon
olacaq. Kirin 970 prosessorundan fərqli olaraq yeni prosessor 20% daha güclü
olacaq və enerji sərfiyyatı baxımından 40% daha effektiv olacaq. Bundan əlavə
olaraq Mate 20 6.3 inç AMOLED ekran, Mate 20 Pro isə 6.9 inç AMOLED ekranla təchiz
olunacaq. Həmçinin Mate 20 4200mAh enerji tutumlu batareyaya da sahib olacaq. Məlumatda üstəlik
6 GB RAM və 128 GB daxili yaddaşdan da söhbət gedir.
Məlumatda həmçinin qeyd
olunub ki, Mate 20 modeli naqilsiz şarj texnologiyasını dəstəkləyəcək. Bu isə o
deməkdir ki, onun korpusu böyük ehtimalla şüşədən olacaq. Maraqlısı ondadır ki,
məlumatların əks olunduğu əməliyyat sistemi yenilənməsinin test
versiyası Android P əsasında yığılıb. Bu o deməkdir ki, Huawei şirkətinin yeni
smartfon modelləri Google şirkətinin yeni əməliyyat sistemi əsasında
çalışacaqlar. Nəzərə alsaq ki, Huawei öz smartfonlarına EMUI interfeysini yerləşdirir,
bu interfeysin yeni versiyası EMUI 9.0 olmalıdır. Beləliklə Mate 20 və Mate 20
Pro modellərinin təqdimatı bu ilin Oktyabr ayında gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ