Huawei Mate 20X gamer smartfonunun real fotoları təqdimatdan bir gün qabaq sızdırıldı
Elm & Texnologiya
15.10.2018
Farid Pardashunas
Çinin CNMO adlı mənbəsi təqdimatdan bir gün qabaq Huawei Mate 20X gamer smartfonunun real fotolarını sızdırıb. Fotolardan da görmək olar ki, smartfonun dizaynı adi Mate 20-ə bənzəyir. Lakin Mate 20-dən fərqli olaraq Mate 20X daha böyük ölçülü ekrana və ekran üzərində V şəkilli çıxıntı hissyə sahibdir. Smartfonun arxa panelində isə üçlü arxa kamera, LED işıqlandırma sistemi və barmaq izi skanı texnologiyası var. Məlumata əsasən Mate 20X gamer smartfonu 2240x1080 piksel keyfiyyətli 7.21 inç OLED ekran, 8 nüvəli Kirin 980 prosessoru, 4/6/8 GB RAM, 512 GB-a kimi daxili yaddaş və böyük həcmli batareya ilə təchiz olunacaq. Beləliklə Mate 20, Mate 20 Pro və Mate 20X smartfonları sabah Londonda təqdim olunacaqlar. Bundan əlavə olaraq təqdimatda Huawei Watch GT smart saatının da təqdim olunacağı gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ