main-post-cover

    Huawei Mate 30 ilə Xiaomi Mi Mix 4 smartfonlarının təqdimat tarixləri barəsində məlumatlar verildi

    Elm & Texnologiya
    18.08.2019
    Farid Pardashunas
        Eyni anda bir sıra insayder yeni flaqman smartfon modelləri olacaq Huawei Mate 30 ilə Xiaomi Mi Mix 4-ün təqdimat tarixləri barəsində məlumatlar veriblər. Bu barədə Gagadget saytı xəbər verib. Ənənəvi olaraq payız fəslində Huawei şirkəti özünün Mate seriyasının yeni modellərini təqdim edir. Bu il Mate 30 ilə Mate 30 Pro modelləri təqdim olunmalıdırlar. Şirkət bu smartfon seriyasının təqdimatını adətən oktyabr ayında keçirdir. Lakin şirkət bu dəfə ənənəni dəyişmək qərarına gəlib.
        Bir neçə müddət bundan öncə məlumat yayılmışdı ki, sözügedən smartfonlar Çin bazarında 19 sentyabr tarixində satışa çıxacaqlar. Onların qlobal versiyalarının təqdimatı isə 24 oktyabr tarixində baş tutacaq. Lakin məşhur hindistanlı insayder Ishan Agarwal-ın sözlərinə əsasən smartfonun həm Çin bazarı həm də qlobal bazar üçün versiyaları 19 sentyabr tarixində təqdim olunacaqlar. Yəni smartfonların beynəlxalq bazarda satışlarına daha tez start veriləcək.
        Payız fəslində ənənə üzrə təqdim olunan daha bir flaqman model isə Xiaomi Mi Mix seriyasıdır. Keçən il Mi Mix 3 oktyabr ayında satışa çıxmışdı. Bu il də onun təqdimatının məhz oktyabrda baş tutacağı gözlənilirdi. Lakin hindistanlı insayder Sudhanshu Ambhore bildirib ki, Mi Mix 4-ün təqdimatı gələn aya planlaşdırılır. Tam dəqiq təqdimat tarixi barəsində məlumat verilməsə də insayder bildirib ki, Mi Mix 4-ün təqdimatını məhz sentyabr ayında gözləmək lazımdır. Burdan da belə qənaətə gəlmək olar ki, sentyabr ayında yeni iPhone modelləri ciddi rəqabət ilə qarşılaşacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər