main-post-cover

    Huawei Mate 30 Lite smartfonunun fotoları ortaya çıxdı

    Elm & Texnologiya
    22.07.2019
    Emil Nəcəfov
        İnternetdə artıq dəfələrlə Huawei Mate 30 smartfon seriyasının büdcəli versiyası olan Mate 30 Lite modeli barəsində məlumat sızıntıları baş vermişdi. İndi isə sözügedən smartfon modelinin fotoları Çinin TENAA adı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında ortaya çıxıb. Bu barədə Slashleaks saytna istinadən Gagadget saytı xəbər verib. Məlumatlar bazasında ortaya çıxmış fotolar bu smartfon barəsində daha öncədən yayılmış məlumat sızıntılarını təsdiqləyir.

        İlk öncə smartfonun əsas özəlliklərindən biri odur ki, o, 4 arxa kamera moduluna sahibdir və həmin kameralar xüsusi kvadrat sahənin daxilində yerləşirlər. Güman olunur ki, smartfon 48 MP + 8 MP + 2 MP + 2 MP dördlü arxa kamera ilə təchiz olunacaq. Bundan əlavə olaraq smartfon ekranının yuxarı sol hisssində ön kamera üçün nəzərdə tutulmuş dairəvi çıxıntı hissə yerləşir. Gözləntilərə əsasən ön kamera modulu 24 MP-lik olacaq.

        Bu smartfonu digər Mate 30 modellərindən fərqləndirəcək daha bir özəllik isə ondan ibarətdir ki, o, adi barmaq izi skanı texnologiyasına sahib olacaq və o, smartfonun arxa panelində yerləşdiriləcək. Məlumata əsasən Mate 30 Lite modeli 2310x1080 piksel keyfiyyətli 6.4 düym IPS ekran, Kirin 810 prosessoru, 6/8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi və 20 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfonun dəqiq təqdimat tarixi barəsində heç bir məlumat yoxdur. Lakin çox güman ki, o, əsas Mate 30 modellərindən daha tez satışa çıxacaq.
    Linki kopyala