main-post-cover

    Huawei Mate 30 Pro'nun keyfiyyətli render fotoları təqdim edildi

    Elm & Texnologiya
    04.09.2019
    Farid Pardashunas
        OnLeaks ləqəbi ilə tanınan məşhur insayder çoxlu sayda olmuş məlumat sızıntıları əsasında Huawei Mate 30 Pro smartfon modelinin keyfiyyətli render fotolarını hazırlyıb. Bu barədə Gagadget saytı xəbər verib. Əvvəlcədən də güman edildiyi kimi sözügedən smartfon nazik çərçivələrə və istifadəçi üzünün skanı üçün nəzərdə tutulmuş ötürücülər ilə ön kameranı özündə birləşdirəcək çıxıntı hissəli ekrana sahib olacaq.
        Smartfonun arxa panelində isə dairəvi sahənin daxilində yerləşəcək 4 kamera modulu və həmin dairəvi sahənin kənarında LED işıqlandırma sistemi olacaq. Maraqlısı ondadır ki, smartfon səsin tənzimlənməsi düymələrinə sahib deyil. Çox güman ki, həmin fiziki düymələr sensorlu idarəetmə sistemi ilə əvəz ediləcək. Barmaq izi skanı texnologiyası isə bir başa smartfonun ekranına inteqrasiya ediləcək.
        Son məlumat sızıntısına əsasən Huawei Mate 30 Pro smartfonu Quad HD+ keyfiyyətli 6.6 düym ekran, Kiriin 990 prosessoru, 40 MP + 40 MP + 8 MP + 3D ToF dördlü arxa kamera, üçlü ön kamera və 55 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, yeni Mate 30 smartfon seriyasının təqdimatı 19 sentyabr tarixində baş tutacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər