main-post-cover

    Huawei Mate 30 Pro'nun real fotoları ortaya çıxdı

    Elm & Texnologiya
    16.08.2019
    Farid Pardashunas
        Huawei Mate 30 Pro flaqman smartfonunun texniki göstəriciləri barəsində olmuş bəzi məlumat sızıntılarından sonra onun real fotoları da ortaya çıxıb. Bu dəfə real fotolar Çinin ictimai nəqliyyat vasitələrindən birindən əldə olunub. Məlumat sızıntısının mənbəsi kimi isə Ice Universe ləqəbli məşhur insayder olub. Bu barədə 4pda saytı xəbər verib. Real fotolarda təqdim olunmuş smartfon xüsusi qoruyucu keys ilə əhatə olunub ki, onun arxa kamera modulları görünməsin.

        Son məlumatlara əsasən Mate 30 Pro modeli ToF modul da daxil 4 kamera ilə təchiz olunacaq və onlardan ikisi 40 MP-lik olacaq. Bununla yanaşı onlar dəyişkən diafraqma özəlliyinə də sahib olacaqlar. Bununla yanaşı smartfonun daha bir özəlliyi ondan ibarət olacaq ki, o, kənarları əyilmiş ekrana sahib olacaq. Bəzi məlumatlara əsasən smartfon 6.71 düym AMOLED ekran ilə təchiz olunacaq. Sonuncu dəfə Huawei şirkətinin təmsilçisi təsdiqləmişdi ki, Mate 30 seriyasının təqdimatı 19 sentyabr tarixində baş tutacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər