
Huawei Mate 30 smartfon seriyasında Google servisləri olmayacaq
Elm & Texnologiya
29.08.2019
Emil
ABŞ hökumətinin Huawei şirkətinə qarşı təyin etdiyi sanksiyaları 90 günlük təxirə salmasına baxmayaraq şirkət Google servislərini öz yeni smartfon modellərində işlədə bilməz. Google şirkətinin təmsilçisi Reuters saytına müsahibəsində bunu təsdiqləyib. Beləliklə təqdim olunacaq Mate 30 smartfon seriyasında Google şirkətinin məşhur servisləri və Play Store online mağazası olmayacaq.
Bu halda Huawei şirkətinin nə edəcəyi və bunun smartfon satışlarına necə təsir göstərəcəyi məlum deyil. Güman etmək olar ki, şirkət əsas əməliyyat sistemi kimi Android-dən istifadə etməyə davam edcək, lakin bu, açıq mənbəli koda sahib lisenziyasız Android versiyası olacaq. Məlumata əsasən şirkət özünün yeni Mate 30 seriyasını gələn ayın sonunda təqdim edəcək.
Paylaş
Bənzər xəbərlər