main-post-cover

    Huawei Mate 30 smartfon seriyasının təqdimat tarixi məlum oldu

    Elm & Texnologiya
    12.08.2019
    Farid Pardashunas
        Bir neçə gün bundan öncə insayderlər xəbər vermişdilər ki, Huawei şirkəti yeni Mate 30 flaqman smartfon seriyasını sentyabr ayında təqdim edəcək. Məlumatda qeyd olunmuşdu ki, təqdimat tədbiri 14-20 sentyabr tarixlərindən birində keçirilməlidir. İndi isə Huawei şirkətinin proqram təminatının hazırlanması üzrə şöbəsinin prezidenti Wang Chenglu smartfon seriyasının dəqiq təqdimat tarixini təsdiqləyib.
        Bu barədə 3Dnews saytına istinadən Gagadget saytı xəbər verib. Beləliklə HDC 2019 tədbirində jurnalistlərə müsahibə verən zaman Wang Chenglu bildirib ki, Mate 30 seriyası 19 sentyabr tarxində təqdim olunacaq. Bununla yanaşı o, smartfonların bəzi özəllikləri barəsində də xəbər verib. O bildirib ki, smartfonlar Kirin 990 prosessoru vasitəsilə çalışacaqlar. Həmçinin smartfonlar Android Q əsasında yaradılmış EMUI 10 istifadəçi interfeysini əldə edəcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər