main-post-cover

    Huawei Mate 30-un keyfiyyətli render fotoları təqdim olunub

    Elm & Texnologiya
    06.08.2019
    Farid Pardashunas
        Slashleaks saytında Huawei Mate 30 flaqman smartfon modelinin keyfiyyətli render fotoları təqdim olunub. Bu barədə Gagadget saytı xəbər verib. Hazırlanmış render fotolar son zamanlarda bu smartfon barəsində ortaya çıxmış məlumat sızıntılarına əsaslanıb. Smartfonda ilk diqqəti çəkən məqam məhz onun kamerasıdır. Belə ki, smartfon üç arxa kamera moduluna və işıqlandırma sisteminə sahibdir.

        Lakin maraqlısı ondadır ki, bu komponentlər arxa paneldəki xüsusi dairəvi sahənin daxilində yerləşir. Daha əvvəllər Mate seriyasında bu cür dizayn olmamışdı. Arxa panelin yuxarı sol hissəsində daha bir kamera modulu yerləşir. Çox güman ki, bu, lazer avtofokusudur. Bununla yanaşı arxa paneldə kamera sahəsinin yanında stereosəsgücləndirici yerləşdirilib. Bunları nəzərə almasaq bu standart Mate seriyasının dizaynını xatırladan smartfon modelidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər