Huawei Mate X'in hansı versiyalarda və hansı qiymətə satılacağı ortaya çıxdı
Elm & Texnologiya
22.10.2019
Farid Pardashunas
Artıq sabah Çində Huawei şirkəti öz ilk qatlana bilən smartfon modeli olan Mate X-in təqdimatını keçirdəcək. Bu səbəblə internetdə smartfonun hansı versiyalarda təqdim olunacağı və onların hansı qiymətə sahib olacaqları barəsində məlumat ortaya çıxıb. Bu barədə Huaweicentral saytı xəbər verib. Yeni məlumata əsasən smartfon bazara iki versiyada satışa çıxacaq. Onlardan biri Kirin 980 prosessorunu əldə edəcək və 1414$-a satılacaq. Digər model isə 5G şəbəkə dəstəkli Kirin 990 prosessorunu əldə edəcək və 1975$-a satılacaq. Qeyd etmək lazımdır ki, bu qiymətlər Çin bazarı üçün nəzərdə tutulub. Qlobal bazarda sözügedən smartfonlar dəqiq şəkildə daha baha qiymətə satılacaqlar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!