
Huawei MatePad Air planşeti təqdim edilib - QİYMƏTİ
Elm & Texnologiya
18.05.2023
Emil
Huawei şirkəti MatePad Air adlı flaqman planşetini təqdim edib. Təqdim edilmiş bu planşet öz yüngül çəkisi və nazikliyi ilə diqqəti cəlb edir. MatePad Air ilk növbədə gənc istifadəçilər üçün nəzərdə tutulub. Onun qalınlığı 6.4 mm, çəkisi isə 508 qramm təşkil edir. Planşet 144 Hz-lik təsvir yenilənməsinə sahib 2.8K keyfiyyətli 11.5 düym IPS ekran ilə təchiz olunub. MatePad Air Snapdragon 888 prosessoru vasitəsilə çalışır və özündə 8/12 GB RAM ilə 128/256/512 GB daxili yaddaş həcmini birləşdirir.
Planşet NFC çipinə və Huawei M-Pencil stilusunun dəstəyinə sahibdir. MatePad Air 40 vatt gücündə sürətli şarj texnologiyalı 8300 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Kameralara gəldikdə isə planşet özündə 13 MP-lik arxa kameranı və 8 MP-lik ön kameranı birləşdirir. Huawei MatePad Air 25 may tarixində Çin bazarında satışa çıxacaq. Onun qlobal bazarda satılıb-satılmayacağı bilinmir. Planşetin Çin bazarındakı satış qiymətləri aşağıdakı kimi olacaq.
- 6 GB RAM + 128 GB yaddaş - 412$
- 8 GB RAM + 256 GB yaddaş - 454$
- 12 GB RAM + 256 GB yaddaş - 497$
- 12 GB RAM + 512 GB yaddaş - 568$
- 12 GB + 512 GB yaddaş (LTE) - 639$.
Paylaş
Bənzər xəbərlər