
Huawei MateStation X 2023 monobloku təqdim edilib - QİYMƏTİ
Elm & Texnologiya
04.11.2022
Emil
Huawei şirkəti iMac-ın növbəti rəqibi olan MateStation X 2023 monoblokunu təqdim edib. Təqdim edilmiş yeni monoblokun dizaynı əvvəlki monoblokun dizaynından fərqlənmir. Lakin texniki özəliklər baxımından bəzi dəyişikliklər reallaşdırılıb. Əsas dəyişikliklərdən biri də AMD prosessorundan Intel prosessoruna keçid olub. Beləliklə MateStation X 2023 monobloku metal materialdan hazırlanmış gövdəyə sahibdir və özündə 4K keyfiyyətli 28.2 düym IPS ekranı birləşdirir. Monolokun ekranı DCI-P3 rəng mühitinin 98%-ni, sRGB rəng mühitinin isə 100%-ni əhatə edir. Akustik sistem qismində monoblok 3 ədəd səsgücləndirici ilə təchiz olunub.

Həmin səsgücləndiricilər Huawei ilə Fransanın Devialet adlı şirkətinin əməkdaşlığı çərçivəsində hazırlanıb. MateStation X 2023 monobloku 14 nüvəli Intel Core i9-12900H prosessoru (inteqrasiya edilmiş Iris Xe qrafikalı), 16 GB RAM və 512 GB / 1 TB NVMe daxili yaddaşı ilə təchiz olunub. Monoblokun gövdəsində 2 ədəd USB Type-C, 2 ədəd USB Type-A 3.2 Gen girişləri və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogiriş mövcuddur. Monoblokun komplektinə həmçinin barmaq izi skanı texnologiyasına sahib naqilsiz klaviatura və naqilsiz mouse daxildir. MateStation X 2023 artıq Çində satışa çıxıb. 1 TB daxili yaddaşa sahib model 1742$-a satılır.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
