
Huawei MateStation X monoblokunun sadələşdirilmiş versiyası üzərində çalışır
Elm & Texnologiya
28.03.2023
Emil
İnsayderlərin verdikləri yeni məlumata əsasən Huawei şirkəti MateStation X monoblokunun daha bir versiyası üzərində çalışır. Məlumatda qeyd edilib ki, hazırlanan yeni monoblok Intel prosessoruna və daha sadələşdirilmiş texniki özəlliklərə sahib olacaq. Müvafiq olaraq onun qiyməti də aşağı olacaq. İnsayderlər bildiriblər ki, MateStation X-in daha sadələşdirilmiş versiyası Intel-in 12 nüvəli Core i5-12500H prosessoruna sahib olacaq. Gözləntilərə əsasən monoblokun sadələşdirilmiş versiyasında heç bir dizayn dəyişikliyi olmayacaq. Qeyd etmək lazımdır ki, hal hazırda aktual olan MateStation X modeli 4K+ keyfiyyətli 28.2 düym ekranla təchiz olunub və Intel Core i9-12900H prosessoru vasitəsilə çalışır. Monoblokun sadələşdirilmiş versiyasının nə zaman təqdim olunacağı və nə zaman satışa çıxacağı barəsində hələ heç bir məlumat yoxdur.
Paylaş
Bənzər xəbərlər