
Huawei MWC 2023 sərgisində iştirakını təsdiqləyib: Şirkət hansı cihazları təqdim edəcək?
Elm & Texnologiya
23.02.2023
Emil
Huawei şirkəti gələn həftə Barselonada start götürəcək MWC 2023 sərgisində iştirak edəcəyini təsdiqləyib. Şirkət hətta öz Twitter hesabında bu barədə tizer videosu da paylaşıb. Tizer videosuna əsasən şirkət MWC 2023-də Mate 50 və Nova 10 smartfonlarını, Watch D və Watch GT Cyber smart saatlarını, MatePad planşetini, MateBook noutbukunu, naqilsiz qulaqlıqlara sahib Watch Buds smart saatını və qatlana bilən smartfonunu təqdim edəcək. Qeyd etmək lazımdır ki, sadalanmış cihazlardan bəziləri artıq bir sıra regionlarda satışa çıxıb.
Paylaş
Bənzər xəbərlər