
Huawei şirkəti öz yeni məhsullarını təqdim edəcəyi növbəti təqdimat tədbirini anons edib. Rəsmi məlumata əsasən şirkətin növbəti təqdimat tədbiri 25 sentyabr tarixində baş tutacaq. Şirkət sözügedən tədbir çərçivəsində hansı məhsullarını təqdim edəcəyi barəsində məlumat verməyib. Lakin təqdim edilmiş tizer videosu ona işarə edir ki, şirkət tədbir çərçivəsində yeni Kirin prosessorunu təqdim edə bilər.
Apple şirkəti növbəti təqdimat tədbirini elan etdi
İnsayderlər həmçinin şirkətin digər hansı məhsulu təqdim edə biləcəyi barsində məlumat veriblər. Şirkət tərəfindən təqdim edilmiş tizer videosunun sonunda belə bir cümlə əks olunur. “Ən böyük müqavimət bizə ən böyük motivasiyanı verir”. Bu öz növbəsində şirkətin Kirin 9000s adlı yeni prosessorunun təqdimatına işarə edir. İnsayderlərin fikirlərinə əsasən şirkət Kirin 9000s prosessoru ilə yanaşı həmçinin Mate 60 RS Ultimate Design smartfonunu təqdim edəcək.