'Huawei', orta seqmentli, lakin əla texniki göstəricilərə sahib Honor 7X modelini təqdim etdi

'Huawei', orta seqmentli, lakin əla texniki göstəricilərə sahib Honor 7X modelini təqdim etdi

Texnologiya
12.10.2017 PAYLAŞIM

“Huawei” şirkəti, Honor seriyasının yeni modeli olan Huawei Honor 7X-i təqdim etdi.

Bununla da onun Honor brendi, ekranın korpusa 18:9 nisbətində olan genişekranlı formata keçid etdi. Bu smartfon, orta seqment üçün nəzərdə tutulsa da, o, yonulmuş metal korpusa, ikili arxa kameraya və yaxşı texniki göstəricilərə sahibdir. Honor 7X, 2160x1080 piksel keyfiyyətli 5.93 inç-lik ekranla təchiz olunub. Ekranın özü isə 2.5D qoruyucu şüşə ilə örtülüb. Smartfonun çərçivələri maksimal dərəcədə nazik olmasalar da, bu brendin digər modelləri ilə müqayisədə onlar çox nazikdirlər.



Digər özəlliklərə gəldikdə isə smartfon, 2.46 GHz tezlikli 8 nüvəli Kirin 659 prosessoru, Mali-T830 MP2 qrafik sürətləndiricisi, 4 GB RAM, 32/64/128 GB daxili yaddaş (microSD özəllikli), biri 16 MP, digəri isə 2 MP olmaqla ikili arxa kamera, 8 MP-lik ön kamera, 3340 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Bununla yanaşı o, iki SIM kart girişinə və barmaq izi skanına sahibdir. Honor 7X, EMUI 5.1 ara üzlü Android 7.0 Nougat əməliyyat sistemi vasitəsilə çalışır. Cihaz, bu ayın 17-dən satışa çıxacaq və yaddaş həcmindən asılı olaraq onun qiyməti 198$, 258$ və 304$ təşkil edəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Nvidia-ın əsl əjdahası RTX 3090 videokartının performans test nəticələri yayımla..

Nvidia şirkətinin RTX 3000 seriyasındakı ən güclü videokartı olan RTX 3090-ın benchmark nəticələri o..


Apple AirPower Mini naqilsiz şarj stansiyasının real fotoları sızdırılıb

Naqilsiz şarj stansiyası olan AirPower-in ilk hazırlanma mərhələsindəki uğursuz nəticə Apple şirkəti..


Sony şirkəti PlayStation 5-in qiymətini rəsmi olaraq açıqlayıb

Sony şirkəti gecə keçirtdiyi təqdimat çərçivəsində PlayStation 5 konsolunun qiymətini və startda han..


Professional Apple AirPods Studio qulaqlığının real fotosu sızdırılıb

Artıq bir neçə aydır ki, internetdə olan məlumatlara əsasən Apple şirkəti AirPods Studio adlı yeni p..


GoPro yeni Hero 9 Black action kamerasını təqdim edib - QİYMƏTİ

GoPro şirkəti özünün yeni Hero 9 Black action kamerasını təqdim edib. Yeni kamera modeli əvvəlki Her..


Apple şirkətinin yeni A14 Bionic prosessoru Snapdragon 875-dən az performanslı o..

Prosessorun daha detallı analizi onu göstərir ki, A14 Bionic Apple şirkətinin dediyi kimi heç də o d..

×