Huawei öz əsas rəqibini geridə qoyaraq dünyanın ən böyük smartfon istehsalçısı oldu

Huawei öz əsas rəqibini geridə qoyaraq dünyanın ən böyük smartfon istehsalçısı oldu

Texnologiya
09.07.2020 PAYLAŞIM

    2018-ci ildə Huawei smartfon istehsalı məsələsində Apple şirkətini geridə qoyaraq dünyanın ikinci ən böyük smartfon istehsalçısı statusunu qazanmışdı. Bu cür nailiyyəti əldə edəndən sonra Huawei özünə məqsəd qoydu ki, 2020-ci ilə kimi o bu məsələdə lider olan Samsung-u da geridə qoymalıdır. Bir qədər gecikmə ilə Huawei şirkəti bu ilin aprel ayında bu məqsədə nail olmuşdu. Şirkət aprel ayında dünyanın ən böyük smartfon istehsalçısı statusunu əldə etmişdi. Huawei may ayında da bu statusu qoruyub saxlaya bildi.

    Yeni hesabata əsasən isə Huawei öz tarixi ərzində ilk dəfə ilin birinci rübünü dünyanın ən böyük smartfon istehsalçısı kimi yekunlaşdıra bilib. Bu barədə Techradar saytı xəbər verib. Çindən olan mənbələrin verdikləri məlumatlara əsasən aprel ayından iyun ayına kimi Huawei 55 milyon smartfon istehsal edib. Samsung-da isə bu göstərici 51 milyondur.


Beləliklə 2020-ci ilin ikinci rüb nəticələri üzrə Huawei öz bütün rəqiblərini geridə qoyaraq dünyanın ən böyük smartfon istehsalçısı olub.

    Mütəxəssislərin fikirlərinə əsasən Huawei şirkətinin bu cür nailiyyəti əldə etməsində ən böyük səbəb koronavirus pandemiyasıdır. Belə ki, bütün dünyada pərakəndə satış nöqtələrində durğunluğun yaşandığı və alıcıların yeni smartfonları almaqda tələsmədikləri bir vaxtda Çin bazarı artıq bərpa olunmağa başlayıb. Qeyd etmək lazımdır ki, Çində Huawei şirkəti ən böyük smartfon istehsalçısı hesab edilir və o, bazarın 60% payına sahibdir. Samsung-un isə Çin bazarındakı payı 1%-dən aşağıdır.

    Buna baxmayaraq Samsung şirkəti yaxın zamanda öz liderliyini geri qaytara bilər. Belə ki, bəzi məlumatlara əsasən hal hazırda Samsung və Huawei birgə əməkdaşlıq məsələsində danışıqlar aparırlar. Həmin əməkdaşlığa əsasən Samsung Huawei şirkətinin 5G təchizatı üçün aparıcı çiplər istehsal edəcək, Huawei isə öz növbsində sahib olduğu bazar payının müəyyən hissəsindən imtina edəcək. ABŞ tərəfindən olan sanksiyalar səbəbilə Huawei üçün bu cür addım məcburidir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


SpaceX-in yeni rekordu: Eyni Falcon 9 raketi 7-ci kosmik uçuş missiyasını uğurla..

SpaceX şirkəti çoxistifadəli kosmik aparatlar sahəsində növbəti rekorda imza atıb. Belə ki, şirkət e..


Cənubi Koreyadan olan tədqiqatçılar naqilsiz infraqırmızı şarj texnologiyasını y..

Cənubi Koreyadan olan tədqiqatçılar smartfonlar üçün naqilsiz infraqırmızı şarj texnologiyasını yara..


İnsayderlər Intel şirkətinin 5 nanometrlik prosessorlarının nə zaman istehsal ol..

Intel şirkəti özünün 7 nanometrlik prosessorlarını hələ təqdim etməyib. Lakin buna baxmayaraq insayd..


Apple M1 prosessoru real testlərdə Intel prosessorunu məhv edib (VİDEO)

İnternetdə Apple şirkətinin öz noutbukları üçün nəzərdə tutulmuş M1 adlı 5 nanometrlik prosessorunun..


İnsayderlər Apple şirkətinin nə zaman 4 nanometrlik mobil prosessora keçid edəcə..

Apple şirkətinin iPhone 12 smartfonları 5 nanometrlik prosessor əldə etmiş ilk smartfonlar oldular. ..


25% daha sürətli çalışma: Google şirkəti yenilənmiş Chrome brauzerini təqdim edi..

Google şirkəti Chrome brauzeri üçün böyük yenilənmə təqdim edib. Tərtibatçıların sözlərinə əsasən Ch..

×