
Huawei öz flaqman smartfonlarında 5G modemlərdən istifadə etmək imkanına sahib ola bilər
Elm & Texnologiya
12.07.2023
Emil
Reuters saytının öz mənbələrinə istinadən verdiyi məlumata əsasən Huawei şirkəti yaxın zamanda öz flaqman smartfonlarında 5G modemlərdən istifadə etmək imkanına sahib olacaq. Reuters şirkətin bunu necə edəcəyi barəsində məlumat verib. Hal hazırda Huawei 5G modemlərin istehsal xətlərindən istifadə etmək imkanına sahib deyil. Belə ki, şirkətə qarşı çox sərt ABŞ sanksiyaları tətbiq edilib. Lakin verilmiş məlumata əsasən SMIC şirkəti mövcud istehsalat təchizatlarını təkmilləşdirərək 7 nanometrlik texnoloji proses əsasında bu cür modemlərin istehsalını mümkün edə bilib.
Məlumatda qeyd edilib ki, şirkət il ərzində 10 milyon ədəd bu cür modem istehsal edə bilər. Bununla belə sözügedən 5G modemlər digərləri ilə müqayisədə daha baha başa gələ bilərlər. “Düşünürəm ki, əgər Huawei istəsə, onlar 5G modemlərin qiymətlərini aşağı sala bilərlər. Lakin mən bu cür modemləri qiymət üzrə rəqabətçil hesab etmirəm” - deyə mütəxəssislərdən biri qeyd edib. Analitiklərin fikirlərinə əsasən əgər bu məlumat həqiqəti əks etdirirsə, deməli artıq bu il Huawei şirkəti P60 smartfonlarının 5G dəstəkli versiyalarını satışa çıxarda bilər. Şirkətin 5G dəstəkli tamamilə yeni smartfonlarını isə 2024-cü ildən tez gözləmək lazım deyil.
Paylaş
Bənzər xəbərlər