
Huawei öz smartfonları üçün fərdi kamera sensorlarını hazırlayır
Elm & Texnologiya
03.10.2023
Emil
Çinli insayderlərdən birinin vermiş olduğu məlumata əsasən Huawei şirkəti özünün kamera sensorlarını hazırlayır və hazırlanan kamera sensorları şirkət smartfonlarında Sony istehsalı olan kamera sensorlarını əvəz etməlidirlər. Məlumatda qeyd edilib ki, Huawei öz smartfonları üçün nəzərdə tutulmuş kamera sensorlarını sıfırdan hazırlayır. Bununla yanaşı şirkət öz kamera sensorlarında hansısa istehsalçının texnologiyasını kopyalamaq əvəzinə öz texnoloji həllərindən istifadə edəcək.
Şirkətin öz kamera sensorlarını hazırlamasında əsas səbəb isə ABŞ sanksiyalarıdır. Sözügedən sanksiyalar səbəbilə Sony şirkəti Huawei-yə kamera sensorlarının satışı imkanından məhrum olmuşdu. Lakin daha sonra şirkət öz kamera sensorlarının satışı üçün nəzərdə tutulmuş lisenziyanı əldə edə bildi. Məlumata əsasən artıq gələn il təqdim olunacaq Huawei Mate 70 və P70 smartfon seriyalarının modelləri şirkətin fərdi kamera sensorlarını əldə edəcəklər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
