
Huawei P10-nun görüntüsü ilə bərabər xüsusiyyətləri də sızdırıldı
Elm & Texnologiya
08.05.2017
"Huawei"nin yeni model telefonu hələ tanıtılmamış artıq cihaz haqda məlumatlar sızdırılıb. Artıq Huawei P10-un xüsusiyyətləri ilə bərabər onun görüntüsü də gün üzünə çıxıb.
Huawei P9 yenicə satışa çıxarılmışdı ki,
artıq şirkət Huawei P10-u satışa çıxarmağa hazırlaşır. Hətta yeni modeldə bir
sıra dəyişikliklər olduğu haqda məlumatlar da yer alıb. Belə ki, Huawei P9-un
arxa tərəfindəki barmaq izi sensoru yeni modeldə ön hissəyə keçirilib.
Dünya üzrə 9 milyon Huawei P9 satışı həyata
keçirilib. Amma hələ 5 ay keçməsinə baxmayaraq artıq Huawei P10 haqda məlumatlar
sızdırılıb. Weibo-da yayımlanan görüntülərdə P10 modelinin prototipi yer alır.
Bu modeldə də Leica markalı kamera istifadə olunması gözlənilir. Bundan əlavə
P10 telefonuna aid GFXBench testi də yayımlanıb.
Testə görə yeni Huawei P10-un
hansı xüsusiyyətlər daşıyacağını demək mümkündür. Belə ki, yeni cihazın 1440 x
2560 keyfiyyətdə 5.5 inç ekrana, 2.3 GHz CPU və Mali-G71 GPU-ya sahib olmasını
demək mümkündür. Bundan əlavə telefon 4 GB RAM/64 GB daxili yaddaş və ya 6 GB
RAM/128 GB daxili yaddaş olmaqla iki versiyada təklif oluna bilər.
Bir də xatırladaq ki, bu görüntülər
telefonun prototip görüntüsünü əks etdirir.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...