
Huawei P10-nun yeni fotosu sızdırıldı
Elm & Texnologiya
07.05.2017
Farid
Yeni sızdırılmış fotolarda Huawei P10 tamamilə fərqli dizaynda təqdim olunub.
Belə ki, yeni fotolarda smartfon, metal korpusa sahibdir və
antenlərin çalışması üçün xüsusi plastik çərçivələrlə əhatə olunmuşdur. Yeni fotoları, Gizmochina saytı təqdimi edib. Metal korpuslu smartfonun ön hissəsinin aşağı tərəfində
barmaq izi skanı yerkləşdiriləcək. Qeyd etmək lazımdır ki, əvvəlki bütün P seriyalı cihazlarda sözügedən sensor arxa paneldə yerləşirdi. Çox güman ki,
yeni fotolar flaqman smartfonun dizaynlarından biridir. Daha öncə məlumat var
idi ki, Huawei P10 əyilə bilən ekran və ya ikinci əlavə ekran ilə təchiz
olunacaq. Onun texniki göstəricilərinə gəldikdə isə smartfon, 5.5 inç QHD
ekran, 8 nüvəli Kirin 960 prosessoru, 6 GB RAM, 256 GB daxili yaddaş, 12 MP
arxa və 8 MP ön kamera ilə təchiz olunacaq. Cihaz, Android 7.0 Nougat əməliyyat
sistemi vasitəsilə çalışacaq. Huawei P10-nun təqdimatı 2017-ci ilin birinci
rübünə planlaşdırılır.
Paylaş
Bənzər xəbərlər