
Huawei P10 smartfonunun render fotoları sızdırıldı
Elm & Texnologiya
07.05.2017
Farid
Weibo sosial şəbəkəsində hələ təqdim olunmamış Huawei P10 smartfonunun render fotoları təqdim olunub.
Maraqlısı ondadır ki, sözügedən render fotolar əvvəlki
sızıntılardan bir qədər fərqlənirlər. Belə ki, daha əvvəl smartfonun yastı və əyilə
bilən ekranlı versiyalarının fotoları paylaşılmışdısa bu dəfəki versiya, yastı
ekran və ikinci köməkçi ekran ilə təchiz olunub. Köməkçi ekran əsas ekranın
yuxarı hissəsində yerləşir. Bu cəhətdən yeni cihaz, LG V20-ə bənzəyir. Huawei
P10, sözün əsl mənasında dəbə düşən P9 modelinin davamçısı olacaq. Smartfon, gələn
ilin ikinci rübündə satışa çıxa bilər. HiSilicon Kirin 960 prosessoru ilə təchiz
olunacaq P10 modeli iki versiyada istehsal olunacaq. Birinci versiya 4 GB RAM və
64 GB daxili yaddaş ilə, ikinci versiya isə 6 GB RAM və 128 GB daxili yaddaş ilə
təchiz olunacaq. Məlumata əsasən smartfon, 5.5 inç Quad HD keyfiyyətli ekrana,
12 MP-lik arxa və 8 MP-lik ön kameraya sahib olacaq. Cihazın, Android 7.0
Nougat əməliyyat sistemi vasitəsilə çalışması gözlənilir.
Paylaş
Bənzər xəbərlər