
Huawei P10 və P10 Plus-ın ilk render fotoları və məlumatları sızdırıldı
Elm & Texnologiya
07.05.2017
Farid
Huawei P10 və P10 Plus-ın təqdimatına bir neçə həftə qalmasına baxmayaraq, smartfonların render fotoları artıq sızdırılıb.
Fotolardan görünür ki, P10 modeli? əyilə bilən ekran ilə təchiz
olunmayıb. Onun barmaq izi skanı, fiziki düyməyə inteqrasiya olunub. P10 Plusmodelində isə barmaq izi skanı, arxa paneldə yerləşdirilmişdir. Hər iki smartfon
həmçinin göz qişası skanına sahib olacaq. Bununla yanaşı hər iki model, Leicamarkalı ikili arxa kamera ilə təchiz olunacaq. Smartfonlar çox güman ki, Android 7.0 əməliyyat sistemi vasitəsilə çalışacaqlar. Hər iki modelin MWC 2017 sərgisində təqdim olunacağı gözlənilir. P10-nun təqribi qiyməti 699$ olacaq. Onların
güman olunan texniki göstəriciləri ilə isə aşağıdan tanış ola bilərsiniz.
Huawei
P10-nun texniki göstəriciləri:
5.2 inç AMOLED ekran
8 nüvəli Huawei
Kirin 960 prosessoru
4/6 GB RAM və 64/128 GB daxili yaddaş
İkili arxa kamera. Onlardan biri 20 MP-lik monoxrom və 12
MP-lik rəngli kamera. 8 MP-lik ön kamera
Sürətli şarj yığma funksiyalı 3100 mAh enerji tutumlu
batareya
Huawei P10
Plus-ın texniki göstəriciləri:
5.5 inç AMOLED ekran
8 nüvəli Huawei
Kirin 960 prosessoru
6/8 GB RAM və 128/256 GB daxili yaddaş
İkili arxa kamera. Onlardan biri 20 MP-lik monoxrom və 12
MP-lik rəngli kamera. 8 MP-lik ön kamera
Sürətli şarj yığma funksiyalı 3650 mAh enerji tutumlu
batareya.
Paylaş
Bənzər xəbərlər