
Huawei P30 flaqman seriyasının nə zaman təqdim olunacağı məlum oldu
Elm & Texnologiya
07.02.2019
Emil
Huawei şirkətinin Polşa şöbəsi öz əməkdaşlarına P seriyasının yeni smartfon modellərinin nə zaman təqdim ediləcəyi barəsində press-reliz göndərib. Bu brədə Polşanın Telix saytı xəbər verib. Beləliklə saytın verdiyi məlumata əsasən şirkətin P seriyasının yeni smartfon modelləri mart ayının sonunda təqdim olunacaqlar. Təqdimatın dəqiq tarixi məlum olmasa da onun Parisdə keçiriləcəyi məlum olub. Qeyd etmək lazımdır ki, Huawei şirkəti öz smartfonlarının təqdimat yeri kimi Parisi ilk dəfə seçmir. Belə ki, keçən il şirkət öz P20 smartfon seriyasını məhz Parisdə təqdim etmişdi.

Qeyd etmək lazımdır ki, P30 seriyasına üç smartfon modeli daxil olacaq: P30, P30 Pro və P30 Lite. Smartfonlar Elle, Vogue və Marie Claire kod adlarına sahibdirlər. Lite modeli barəsində məlumatlar olmasa da yerdə qalan iki smartfon haqqında bəzi məlumatlar mövcuddur. Beləliklə P30 ilə P30 Pro modelləri müxtəlif ölçülü OLED ekranlarla təchiz olunacaqlar. Məlumata əsasən P30 modeli 6.1 düym ekrana, P30 Pro modeli isə 6.5 düym ekrana sahib olacaq. Hər iki smartfon Kirin 980 prosessoru və 8/12 GB RAM ilə təchiz olunacaqlar. P30 modeli P20 kimi 3.5 mm-lik audiogirişə və üçlü arxa kameraya sahib olmalıdır. P30 Pro modeli isə daha təkmilləşdirilmiş göstəricilərə sahib olacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
