main-post-cover

    Huawei P30 flaqman smartfonunun fotosu sızdırıldı

    Elm & Texnologiya
    06.01.2019
    Farid Pardashunas
        OnLeaks ləqəbi ilə tanınan məşhur insayder təqdimata hazırlaşan Huawei P30 flaqman smartfonunun ilk keyfiyyətli fotosunu paylaşıb. Bu barədə Gizchina saytı xəbər verib. Beləliklə smartfonun fotosundan da görmək olar ki, o, şirkətin əvvəlki smartfon modellərinə bənzəyəcək. Huawei P30-un ön panelini 6 düymlük ekran əhatə edəcək və ekranın yuxarı hissəsində ön kamera üçün çıxıntı hissə yerləşəcək.
        Smartfonun gövdəsi qradient rəngə və Mate 20 Pro modelindəki kimi qırmızı rəngli yandırıb/söndürmə düyməsinə sahib olacaq. Arxa paneldə işıqlandırma sisteminə və lazer avtofokusuna sahib üçlü kamera yerləşəcək. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə digər məşhur insayder Evan Blass bildirmişdi ki, Huawei P30 modeli 40 MP keyfiyyətində fotolar çəkə biləcək və beşqat zoom özəlliyinə sahib olacaq.

        Fotodan da görmək olar ki, smartfonun heç bir hissəsində barmaq izi skanı texnologiyası yoxdur. Bu isə o deməkdir ki, bu texnologiya birbaşa smartfonun ekranına inteqrasiya ediləcək. Bundan əlavə olaraq smartfon ənənəvi 3.5 mm-lik audiogirişi də özündə qoruyub saxlayacaq və o, USB Type-C girişinin yanında yerləşəcək. Çox güman ki, Huawei P30 və P30 Pro flaqman modelləri gələn ayın sonunda keçiriləcək MWC 2019 sərgisi çərçivəsində təqdim olunacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər