Huawei P30 ilə P30 Pro flaqman smartfonları barəsində məlumatlar ortaya çıxıb

Huawei P30 ilə P30 Pro flaqman smartfonları barəsində məlumatlar ortaya çıxıb

Texnologiya
24.01.2019 PAYLAŞIM

    Çinin QQ adlı saytı öz mənbələrinə istinadən Huawei P30 ilə P30 Pro smartfon modellərinin özəllikləri barəsində məlumatlar verib. Beləliklə ilk öncə P30 modelindən başlayaq. Məlumata əsasən əvvəlki modeldən fərqli olaraq P30 modeli OLED ekranla təchiz olunacaq. Smartfon 6.1 düym ekrana və ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyasına sahib olacaq. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Kirin 980 prosessoru, 8 GB RAM və üçlü arxa kamera ilə təchiz olunacaq. Bundan əlavə olaraq məlumatda qeyd olunub ki, şirkət P30 mdelində ənənəvi 3.5 mm-lik audiogirişi saxlayacaq.

    P30 Pro modelinə gəldikdə isə o, P30-dan bəzi özəlliklərə görə fərqlənəcək. İlk öncə P30 Pro modeli 6.5 düym-lük böyük OLED ekrana sahib olacaq və barmaq izi skanı texnologiyası ekrana inteqrasiya ediləcək. P30 Pro da üçlü arxa kameraya sahib olacaq və kamera modullarından biri daha yüksək optik zoom üçün nəzərdə tutulacaq. P30 modeli kimi P30 Pro da Kirin 980 prosessoru vasitəsilə çalışacaq, lakin 12 GB RAM ilə təchiz olunacaq. Məlumata əsasən P30 flaqman seriyası bu ilin birinci yarısında təqdim edilməlidir.

Bənzər xəbər


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple iPad modellərinin birindən imtina edə bilər

Son illərdə planşetlərə tələbat getdikcə azalır.


Xiaomi fərdi elektromobil istehsalı haqqında yayılmış məlumatlara aydınlıq gətir..

Bir neçə gün bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi şirkəti fərdi elektromobil istehsalını p..


Perseverance aparatı və Ingenuity dronu köhnə platformalar əsasında çalışırlarmı..

Bir neçə gün bundan öncə Mars planetinə eniş etmiş Perseverance aparatı Ingenuity adlı kompakt drona..


Xiaomi də avtomobil istehsalı ilə məşğul olmağı planlaşdırır

Avtomobil sahəsini ciddi dəyişikliklər gözləyir. Belə ki, son zamanlarda böyük texnoloji şirkətlər b..


Apple 6G texnologiyalarının yaradılması üçün mühəndislərin axtarışına başlayıb..

Fevral ayının ortasında Apple şirkəti naqilsiz sistemlər üzrə mühəndislərin və tədqiqatçıların axtar..


Nvidia öz yeni videokartlarını kriptovalyuta mayninqi üçün yararsız edəcək..

Kriptovalyutalara marağın çox artdığı bir vaxtda Nvidia şirkəti mayninqlə bağlı rəsmi bəyanat verib...

×