main-post-cover

    Huawei P30 Lite smartfonu barəsində məlumatlar ortaya çıxıb

    Elm & Texnologiya
    27.03.2019
    Farid Pardashunas
        Dünən Huawei şirkəti özünün yeni flaqman smartfon seriyası olan P30-u təqdim etdi. Yeni seriyaya P30P30 Pro modelləri daxil oldular. Lakin bir çoxları həmçinin P30 Lite smartfonunun da təqdim olunacağını gözləyirdilər. Lakin bu baş vermədi. İndi isə Filippinlərdə fəaliyyət göstərən internet mağazalarından biri sözügedən smartfon barəsində məlumatları ortaya çıxardıb. Bu barədə GSMarena saytı xəbər verib.

        Beləliklə ortaya çıxmış məlumata əsasən smartfon 19.5:9 nisbətli Full HD+ keyfiyyətli 6.15 düym IPS ekrana sahib olacaq. Smartfonda dəqiq olaraq hansı prosessordan istifadə olunacağı barəsində məlumat verilməyib. Lakin prosessorun nüvə göstəricilərinə əsasən (2.2 GHz tezlikli 4 x Cortex-A73 və 1.7 GHz tezlikli 4 x Cortex-A53) demək olar ki, P30 Lite modeli Kirin 710 prosessoru və Mali-G51 qrafik sürətləndirici ilə təchiz olunacaq.

        Digər texniki göstəricilərə gəldikdə isə smartfon 6 GB RAM, 128 GB daxili yaddaş həcmi (microSD dəstəyi qeyd olunmayıb), 24 MP + 8 MP + 2 MP üçlü arxa kamera, 32 MP-lik ön kamera və 18 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 3340 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfon EMUI 9.1 interfeysli Android Pie əməliyyat sistemi vasitəsilə çalışacaq. P30 Lite modelini artıq bir sıra internet mağazada 320 dollar qiymətində ön sifariş etmək olar. Onlina mağazada qeyd edilmiş məlumata əsasən smartfon 12 aprel tarixində satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər