main-post-cover

    Huawei P30 Lite smartfonunun hansı prosessora sahib olacağı məlum oldu

    Elm & Texnologiya
    11.03.2019
    Emil Nəcəfov
        İnternetdə Huawei P30 Lite smartfon modelinin hansı prosessora sahib olacağı barəsində məlumat ortaya çıxıb. Belə ki, məşhur Geekbench bençmark saytının məlumatlar bazasında MAR-AL00 model nömrəsinə sahib Huawei Nova 4e smartfon modeli aşkar edilib. Bu isə Huawei P30 Lite modelinin Çin üçün olan versiyasıdır. Bu barədə Gagadget saytı xəbər verib.
        Smartfonun Geekbench testləri nəticəsində yığdığı ballara əsasən P30 Lite modeli Kirin 980 prosessoru ilə deyil, orta səviyyəli Kirin 710 prosessoru ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, bu prosessora həmçinin bir neçə müddət bundan öncə təqdim edilmiş Huawei P Smart+ 2019 smartfonu da sahibdir. Bu prosessora sahib olan smartfon birnüvəli testdə 1513 xal, çoxnüvəli testdə isə 4955 xal toplayıb.

        Əvvəlki məlumat sızıntılarında qeyd olunurdu ki, P30 Lite modeli Full HD+ keyfiyyətli 6.15 düym IPS ekran, 4/6 GB RAM, 64/128 GB daxili yaddaş həcmi, üçlü arxa kamera, 32 MP-lik ön kamera və sürətli enerji yığma texnologiyalı 3340 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. P30 Lite modelinin Çin üçün olan versiyası hesab olunan Nova 4e smartfonu bu həftənin cümə axşamı Çində təqdim olunacaq. Qlobal versiya kimi satışa çıxacaq P30 Lite isə 26 mart tarixində adi P30P30 Pro smartfon modelləri ilə birlikdə Parisdə təqdim olunacaq.
    Linki kopyala