main-post-cover

    Huawei P30 Pro flaqman smartfonu AnTuTu testindən keçdi

    Elm & Texnologiya
    13.03.2019
    Emil Nəcəfov
        İnternetdə Huawei şirkətinin hələ təqdim edilməmiş yeni flaqman smartfon modeli olan P30 Pro barəsində məlumatlar çıxmağa davam edir. Bu dəfə smartfon məşhur AnTuTu bençmark saytında testdən keçib. Bu barədə Gagadget saytı xəbər verib. Beləlikə AnTuTu testinə əsasən P30 Pro smartfonu 8 nüvəli Kirin 980 prosessoru və 8 GB RAM ilə təchiz olunub.
        Beləliklə bu cür göstəricilər ilə smartfon AnTuTu testi nəticəsində 286.152 xal toplayıb və bu hələ rekord göstərici deyil. Müqayisə üçün qeyd etmək lazımdır ki, bu smartfon heç fevral ayının ən güclü smartfonları siyahısına daxil ola bilmir. Lakin təəssüflənmək lazım deyil. Belə ki, test olunan model final model deyil. Beləliklə şirkət tərtibatçıları hələki smartfon sisteminin optimizasiyası üzərində çalışırlar.
        Bundan əlavə olaraq məlumata əsasən P30 Pro modeli 2340x1080 piksel keyfiyyətli 6.5 düym OLED ekran, 256 GB daxili yaddaş həcmi, dördlü arxa kamera (kamera modullarından biri 40 MP-lik olacaq), 32 MP-lik ön kamera və ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası ilə təchiz olunacaq. Şirkət yeni P30 smartfon seriyasının təqdimatını 26 mart tarixində Parisdə keçirdəcək. Bu seriyaya həmçinin adi P30P30 Lite modelləri də daxil olacaqlar. Bununla yanaşı şirkət təqdimat çərçivəsində özünün Watch GT smart saat modelinin yenilənmiş versiyalarını da təqdim edəcək.
    Linki kopyala