main-post-cover

    Huawei P40 flaqman smartfon seriyasının dəqiq təqdimat tarixi məlum olub

    Elm & Texnologiya
    25.02.2020
    Farid Pardashunas
        Dünən Huawei şirkətinin Barelonada baş tutmuş təqdimat tədbiri çərçivəsində şirkət təkcə öz yeni məhsullarını göstərmədi, həmçinin P40 P40 Pro flaqman smartfon modellərinin təqdimat tarixlərini də açıqladı. Bu barədə Androidcentral saytı xəbər verib. Beləliklə təqdimat tədbiri çərçivəsində şirkətin mobil şöbəsinin rəhbəri olan Richard Yu-nun sözlərinə əsasən P40 və P40 Pro smartfonları 26 mart tarixində Parisdə təqdim olunacaqlar. Əgər şirkət dəqiq təqdimat tarixini qeyd edibsə deməli koronavirus sözügedən tədbirin keçirilməsinə mane olmayacaq. Təbii ki, təqdimat tarixini elan edəndən sonra Richard Yu sözügedən smartfonlar barəsində heç bir məlumat verməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər