main-post-cover

    Huawei P40 Pro-nun ilk real fotosu ortaya çıxdı

    Elm & Texnologiya
    05.02.2020
    Emil Nəcəfov
        Huawe P40 smartfon seriyasının təqdimatı gələn ay baş tutacaq. Həmin smartfon seriyasının arasında diqqəti ən çox çəkən model isə P40 Pro-dur. Daha əvvəlki məlumat sızıntılarında insayderlər sözügedən smartfon modelinin artıq render fotolarını təqdim etmişdilər. İndi isə P40 Pro-nun işlək vəziyyətdə real fotosu ortaya çıxıb.
        Bu barədə 4pda saytı xəbər verib. Fotoya əsasən demək olar ki, P40 Pro smartfonu hal hazırda smartfon bazarında olan mobil cihazlar arasında ən nazik ekran ətrafı çərçivələri əldə edə bilər. Smartfonun aşağı hissəsi ümumiyyətlə çərçivədən məhrum edilib. Buna isə indiyənə kimi heç bir smartfon istehsalçısı nail ola bilməyib.
        Maraqlı özəlliklər arasında ekranın yuxarı sol hissəsində ikili ön kamera üçün nəzərdə tutulmuş oval formalı çıxıntı yerini və kənarları əyilmiş ekranı qeyd etmək olar. Çox güman ki, smartfonda səsin tənzimlənməsi düymələri Mate 30 Pro modelindəki kimi reallaşdırılacaq. Son məlumat sızıntılarına əsasən P40 Pro Kirin 990 prosessoru, 12 GB RAM, 512 GB daxili yaddaş həcmi və smartfon bazarında ilk dəfə 10 qat optik zoom özəllikli arxa kamera əldə edəcək.
    Linki kopyala