main-post-cover

    Huawei P40 və P40 Pro smartfonları eyni anda iki əməliyyat sistemi əldə edə bilərlər

    Elm & Texnologiya
    16.10.2019
    Emil Nəcəfov
        Huawei şirkəti HarmonyOS əməliyyat sistemini hələ avqust ayında təqdim etmişdi. Lakin sonradan şirkət qeyd etmişdi ki, o, smartfonların istehsalında Android-ə üstünlük verir. Buna baxmayaraq yaxın zamanda bu vəziyyət dəyişə bilər. Belə ki, internetdə şirkətin növbəti smartfon modellərinin proqram təminatları barəsində ilk məlumat ortaya çıxıb.
        Məlumata əsasən şirkətin növbəti smartfon modelləri istifadəçilərə eyni anda iki əməliyyat sistemi təklif edəcəklər və istifadəçilər istədikləri zaman onların arasında keçid edə biləcəklər. Bu barədə Huaweiadvisor.com saytı xəbər verib. Qeyd etmək lazımdır ki, HarmonyOS ilk növbədə IoT və smart təchizatlar üçün hazırlanıb. Lakin şirkətin verdiyi məlumata əsasən smartfonlar da bu əməliyyat sistemi vasitəsilə çalışa bilərlər. Öz universal əməliyyat sistemi barəsində bəyanatlarında şirkət bunu dəfələrlə qeyd edib.
        RODENT950 ləqəbli insayderin məlumatlarına əsasən şirkət P40 P40 Pro smartfonlarına Dual OS funksiyasını quraşdırmağı planlaşdırır. Bu funksiya vasitəsilə istifadəçilər iki əməəliyyat sistemindən birini seçə biləcəklər. Bu isə o deməkdir ki, smartfonlar həm HarmonyOS həm də Android əldə edəcəklər. İstifadəçilər smartfonun işə salınmasından sonra hansı əməliyyat sistemindən istifadə etməyi özləri seçə biləcəklər. Məlumata əsasən bu təcrübi funksiya hələ ilkin test mərhələsindədir. Heç istisna deyil ki, ikili əməliyyat sistemi funksiyasnı şirkətin digər smartfon modelləri də əldə edəcəklər.
    Linki kopyala