
Huawei P8 Lite afrikalı sakinin həyatını xilas edib
Elm & Texnologiya
07.05.2017
Farid
CAR (Cənubi Afrika Respublikası) sakini Siraaj Abrahams ona hücum olan vaxt evə qayıdırdı.
Cinayətkarlar Abrahamsın avtomobilinə daxil olaraq onu ordan
çıxartmaq istəyiblər. Abrahams isə onlara müqavimət göstərməyə cəhd edən zaman
cinayətkarlardan biri onun sinəsinə atəş açıb. Cinayətkarlar Abrahamsın
öldüyünü düşünərək bir qədər nəğd pulu götürərək aradan çıxıblar. "Technote.az”ın
"Gagadget.com”a istinadən verdiyi xəbərə əsasən Abrahams isə bir neçə müddətdən
sonra sinəsində güclü ağrı ilə özünə gəlib. Məlum olub ki, silahın gülləsini
Abrahamsın sinəsi tərəfdəki cibində olan Huawei P8 Lite smartfonu saxlayıb.
Cihaz gülləni saxlasa da, zərbənin gücü Abrahamsın ürəyini bir müddətliyinə
dayandıraraq onun sinəsində güclü ağrıya səbəb olub. Hal-hazırda onun vəziyyəti
yaxşıdır. Hadisəni eşidən "Huawei” şirkəti isə Abrahamsa yeni Huawei P9 Lite smartfonunu
hədiyyə edib.
Paylaş
Bənzər xəbərlər